Söylə mənə, ey şapka, nədir səndə əlamət,Baş yendiririk doğrudu bir xanı görəndə,Amma nə səbəb oldu müsəlmanlara adət,Bizlər düşürük səcdəyə şapkanı görəndə?

Xanın peşəsi kətdiyə hər vaxt çığırmaq,Ağavü bəyin xam əvam üstə bağırmaq,Hər güclü zəifin çalışır başına vurmaq,Lakin qul olurlar niyə şapkanı görəndə?

Mollalarımız xalqa deyirlər ki, mənəm mən,Yoxdur bizə manənd ürəfadən, üqəladən,Amma ki, di gəl, özləri bir yerdə qəzadən,Təzim eləyirlər həyə şapkanı görəndə.

İndi də ki, Bakıda müsəlman xozeyinlər,Börklü prikazşiklərə cürətlə dinənlər,Molla Nəsrəddin, görəsən ta neçə illər,Bizlər düşərik səcdəyə şapkanı görəndə?

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Mozalan bəyin səyahətnaməsi

Oxucularımıza xəbər veririk ki, bu günlərdə yoldaşımız Mozalan bəy çıxacaq səyahətə. Tiflisdən gedəcək Gəncəyə və Gəncə şəhərlərini gəzəndən sonra gedəcək İrəvan quberniyasına və oranın şəhərlərini ziyarət edib Kars tərəfindən Ax, alkələk və Axalsix yolu ilə keçəcək Batuma, ordan şimal tərəfini gəzib və Rusiya tatarları ilə görüşüb qayıdacaq Bakıya, ordan gedəcək Xorasana, Tehrana və Təbrizdən Culfa yolu ilə qayıdıb gələcək Tiflisə.Bu yerləri gəzdikcə Mozalan bəy səfərnamə yazacaq və hər həftə göndərəcək idarəmizə ki, çap edək.

1 min
Milli bayram

“Tərcüman”ın 25 ili*(1883-1908)*

3 min
Təzə kitab

“Avropada üç aylıq səyahətim”Yazan Ədilxan Ziyadxan

1 min
İzaleyi-nəcasət

İranlı qardaşlar ilə bərabər İranın müsibətinə qüssələnirik. Vətən yolunda namərd cəlladların hökmü ilə şəhadətə yetən qələm sahiblərinin və qeyri mücahidlərin pak ruhuna səcdə edirik və İran məmləkətinin bu bəlalardan qurtarıb xoşbəxt olmağını səmimi qəlbdən arzulayırıq.İrana dair Molla Nəsrəddin sayağında məzəli sözlər danışmağı və məzhəkəli məqalələr yazmağı indiki vaxtda lazım görmürük, yəni uzun yazmaq üçün bir mətləb də yoxdur. Əgər bu işlərin səbəbini birisi bizdən dübarə soruşsa, biz genə qabaqlarda dediyimiz sözü deyəcəyik: İranın bu halına əvvəlinci və axırıncı səbəb bu olubdur ki, İranda indiyədək hər bir müsəlman bir özgə müsəlmana rast gələn kimi hər bir şeydən qabaq bunu soruşub:

1 min

Poems by other poets · Homeland