Mücahidlər mahnısı
Biz gedirik azadlıqçün döyüşə,Sinələri dağlamayın, analar!Şəhid olsaq yaşarmasın gözünüz,Başa qara bağlamayın, analar!
Bir vaxt deyib-gülənlərin yasını,Düşmən bağrı dələnlərin yasını,
Bu günlərçün ölənlərin yasını,Uzun illər saxlamayın, analar!
Unudulmaz azadlıqçün ölənlər,Bizi anar bizdən sonra gələnlər –Bizim kimi el qədrini bilənlər,Ağlamayın, ağlamayın, analar!
Kitabxana.az · https://kitabxana.az/en/works/suleyman-rustem-mucahidler-mahnisi
Use ← → keys to move, R for a random poem
More by this author
Səni gec də olsa tanıya bildim,Vətənə, millətə gərəksizsənmiş.
Mən varlıyam, sən yoxsulBeləsi də var*İnsana ta qədimdən zinət olub ömürlük –
İnsan vəzifəni bəzəsin gərəkOturub dörd divar arasında sən –Yüz yerə zəng vurub əmrlər verdin.
Ucuz xatirələrYaxşı olar, olmasa bu sulu xatirələr,Uydurmayla, yalanla dopdolu xatirələr,
Poems by other poets
Can qurban eyləsən, layıqdı, layıq,Bir yar ki, mətləbi tez qanan ola.
گفت با زنجیر، در زندان شبی دیوانهایعاقلان پیداست، کز دیوانگان ترسیدهاند
GəlinGecə-gündüz istəyirəm mən səni,Hamı dünyanın malınca gəlin.
Muxəmməs (Nəsimiyə nəzirə)Sənə ey sərvi-səmənbər dedilər gerçəkmişLəbinə qəndi-mükərrər dedilər gerçəkmiş