Beləsi də var

İnsana ta qədimdən zinət olub ömürlük –Şöhrət olub ömürlükNamus, qeytət, həqiqət,Təmiz vicdan, məhəbbət.Ey məclislər başında vardan söz açan adamCiblərindəki cansız yardan söz açan adam.Dilin pul, nəfəsin pul,Eşqin pul, həvəsin pul.Sözündən pul tökülür,Gözündən pul tökülür.Piylənmiş əndamında tərin də puldur sənin,Dərin də puldur sənin.Sağda pul asqırırsan, solda pul asqırırsan,Yolda pul asqırırsan.

Görürəm qazancını düzdən düz xərcləyirsən,Aylığın yüz manatdan gündə yüz xərcləyirsən.Məclislərdə şairi kinayəli süzürsən,Şeri alqışlananda yaman dodaq büzürsən.Baxıb sənə gülürəm,Mən çox gözəl bilirəm –Yoxdur zərrə hörmətin,El içində şöhrətin.Bu yerdə ən abırlı şəxsiyyət səncə, sənsən,Dünyanın ən yoxsulu, şübhəsiz, məncə, sənsən.Heç vaxt hörmət sahibi ola bilməyəcəksən,Namus, qeyrət sahibi ola bilməyəcəksən.Çünki çölə atılmır mənim bu saydıqlarım,Mağazada satılmır mənim bu saydıqlarım.Mənim bu saydıqlarım cibə, filana sığmaz,Yox, yox, ümmana sığmaz.Dünyanın bu varından sən məhrumsan ömürlük.Ömürlük baharından sən məhrumsan ömürlük.Atalar əcəb deyib, ömrə bəzək deyil pul.Xoşbəxtlər xoşbəxtiyəm – mən varlıyam, sən yoxsul!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Satire