Yaz, Süleyman, yaz
Təbrizimin bitməyib, heyhat, qanlı günləri,Sonsuz ahlı, fəryadlı, həyəcanlı günləri.Bir zaman Yer üzündə çox yaxşı bilir ellər,Şöhrətdi tarixlərə ulu, şanlı günləri.Bu gün də əvvəlkitək nəğmələrdə səslənirBağırxanlı günləri, Səttarxanlı günləri.Göz ağrıyır görəndə şairlər vətənindəBu qəssablı günləri, bu qurbanlı günləri.Əfsus, başda oturan əqrəb yuvalı başlarAzadlıq adlandırır bu zindanlı günləri.Yox, belə getməyəcək xalq ömründən siləcək.Bu dəhşətli günləri, bu tufanlı günləri.Yaz, Süleyman, durma, yaz, qoy var olsun TəbrizinŞəhriyarlı günləri, Süleymanlı günləri.
Kitabxana.az · https://kitabxana.az/en/works/suleyman-rustem-yaz-suleyman-yaz
Use ← → keys to move, R for a random poem
More by this author
Sənə üz versə kədər, məclisə cananı çağır,Dodağı qönçəli, ol gözləri ceyranı çağır.
Rəqs edirQoy bütün aləm gəlib görsün, nigarım rəqs edir.Rəqs edir dünya gözümdə, iftixarım rəqs edir.
Bəlkə də...Zəhmət eşqindən gələn namuslu ad-san yaxşıdır.Min kərə “mən-mən” deyəndən sadə insan yaxşıdır.
Gözəllər gözəlinəEşqini qəlbinə bəxtim kimi yazmış öz əlim, –Sən gözəllər gözəlindən də gözəlsən, gözəlim!