Yenə də cənubdan şimala gələnNə dost, nə qardaş var, nə bir bacı var.Zindanlı, zindansız kəslərin beləBaşında qar kimi dümağ saçı var.

Bədnam fərmanlara qol çəkənlərin,Nəşəni xəlvəti bol çəkənlərin,Qəmli zindanlara yol çəkənlərinBaşda əmmamətək qanlı tacı var.

Bircə şad xəbərə möhtac könlümün,Amansız hicranla hey qaç könlümünQardaş həsrətilə bu ac könlümünÖmürlük vüsala ehtiyacı var!

21 aprel 1984

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Separation