Ürəyi yaralı, ey təzə gəlin,Sənə doğrudan da yazığım gəlir.Oturmusan toyda solğun, pərişan,Öz dərdli başını dikmisən yerə.Bu dərdi daşımaq deyildir asan,Cahillər hökmüylə gedirsən ərə.Görürəm, bu axşam sənin toyundur,Sağlıqlar deyirlər ünvanınıza!Belə bir dövranda bu nə oyundur?Niyə qəsd edilir sənintək qıza?Sənin bu halına acıyıram mən,Qəlbinin yarası dərindir, dərin,Bu toy axşamında varmı bilməyən,Ürəyində mənəm, yanında ərin.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets