Yaş məni haqlayıb, deyir ki, dayan,Yox, yox, mən bu yolda yaşa baxmıram!Bu yol Təbrizimə aparır məni,Bu yolda kəsəyə-daşa baxmıram.

Deyirəm, ey vüsal, hardasan, harda?Gedirəm, gedirəm, qalsam da darda.Dilbilməz tufanda, boranda qardaGeriyə dön deyən qışa baxmıram.

Yoldayam, yoldayam, yoldayam yenə,Qoy öyüd verməsin qansızlar mənə.Önünə çıxsa da min qanlı səhnə,Gözlərimi tutan yaşa baxmıram.

Əhdimə vəfalı bir insanam mən,Doğma qardaşımdan nigaranam mən,Uzun yollar yoran Süleymanam mən,Qar kimi ağaran başa baxmıram.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love