Qarabağ mahnısı
Sən mənim doğru görən göz bəbəyimsən, Qarabağ,Öz canımsan, ciyərimsən, ürəyimsən, Qarabağ.
Baxaraq hüsnünə hər yerdə məhəbbət görürəm,Ömrü ağ günlü könüllərdə səadət görürəm,Sözü xoş nəğməli dillərdə həqiqət, görürəm,Zirvəsi qarlı dağımsan, dayağımsan, Qarabağ,Əbədi şölə saçan çilçırağımsan, Qarabağ.
Yadigarsan babalardan bizə, ey şanlı diyar,Dostluğun – fəxr elə – bağlarında təməl daşları var.Yaşa qəlbində məhəbbət, yaşa alnında vüqar,Şuşası şerimizin çeşməsi dilbər Qarabağ,Yürüşündə hər ili əsrə bərabər Qarabağ!
Gəzmişəm əldə qələm bağlarını, dağlarını,Dalmışam seyrə zəfər müjdəli bayraqlarını,Çəkmişəm nəzmə gəlib vəcdə gözəl çağlarını,Adlanırsan bütün ellərdə gülüstan, Qarabağ,Sən Azərbaycanımın şöhrətisən, can Qarabağ!
Gül-çiçək ətri hopub qızlarının dillərinə,Yayılıb varlığının qüdrəti dost ellərinə,Qoymaram yad əli dəysin bağının güllərinə,Mən Süleymanam, səninəm, sən də mənimsən, Qarabağ,Vətənimsən, vətənimsən, vətənimsən, Qarabağ!
Kitabxana.az · https://kitabxana.az/en/works/suleyman-rustem-qarabag-mahnisi
Use ← → keys to move, R for a random poem
More by this author
Müəllimlik müqəddəs bir sənətdir həyatda,Müəllimin hər sözü həqiqətdir həyatda.
Əlin yandı, dilin yandı“Məni candan usandırdı,*Cəfadan yar usanmazmı?*
SöhbətBağışla, dostum – hecabaşı sərgili vəznim,Şerimin köməkçisi, əziz sevgili vəznim,
Mənim yoldaşım gecəİlk sözüm qoy bu olsun, gözəldir mənim gecəm,Gecəmin ovcundadır hər meydanım, hər küçəm.
Poems by other poets · Nature and spring
Əzəl səni sevdim, sonra ayrıldımOldu mənə müşkül hallar əzizim
Sənəm gəlEy nazənin, ərin salam söylədi,Hayıfsan bisahib qalma, Sənəm, gəl.
QurbanBu gün bir qönçə ləb yarı sevmişəm,Dəhanında tuti dillərə qurban,
VətənNeçin ah eylədin, ey bülbüli-nalani-vətən,Yaduva düşdü məgər hali-pərişani-vətən?