Bağışla, dostum – hecabaşı sərgili vəznim,Şerimin köməkçisi, əziz sevgili vəznim,Elimin yadigarı, səndən üz çevirmərəm.Səni döndərib külə küləklərə vermərəm.Sən mənim ilk eşqimin ilk dilmancı olmusan,Şerimin şəhərində dəyirmançı olmusan.Məndən ayrılmamısan, nə düyündə, nə yasda,Mənə yelkən olmusan, həm Kürdə, həm Arazda.

Şahidsən qəlbimdəki bütün sevincə, dərdə,Birgə addımlamışıq, ölümlü cəbhələrdə.Əbədidir səninlə kəsdiyim bu duz-çörək,Kim deyir köhnəlmisən, daha deyilsən gərək?!Keçməz bu iftiralar?!Şerimizdə azmıdır adınla ixtiralar?!Könlümün istəyilə səslənirsən, dinirsən,Gah ipəyə dönürsən, gah dəmirə dönürsən.Vaxtilə cürətinlə,Tükənməz qüdrətinlə,Nəbinin, Koroğlunun dilində səslənmisən,Döyüşlərdə silahtək əlində səslənmisən,Ey ulu babalardan bizə xəbər verən dost,Vidadini, Vaqifi, Ələsgəri görən dost,Başqa vəznlər də var,onları danmıram mən,Böyük zəmanəmizə gərəksiz sanmıram mən.Mən nə əruza yadam,nə də sərbəstə yadam,Sənsən ən çox sevdiyim, bu, deyil mənim xatam.Vəznlər arasında sənin başqa yerin var,Aylı, ulduzlu gecən, günəşli səhərin var,Nə deyim bundan artıq, hamınız gərəksinizÜrəyimizdən qopan sözlərə dirəksiniz.Hər gün mənim oturub-durduğum sənsən, heca,Xalqımızın yanında başın ucadır, uca.Çox da yaşa dolmuşam, yenə döyüşlərdəyəm,Döyüşlərdə sanma ki, axırıncı yerdəyəmQoy sənin şan-şöhrətin səngərim, bürcüm olsun!Səni göz bəbəyimtək qorumaq borcum olsun!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets