Dənizəm mən
Təbrizli gözəl qız, yenə eşqimdə düzəm mən,Məndən uzaq olsan belə, üstündə gözəm mən.Qəsd eyləsə iqbalına bir kəs – məni səslə,Od parçasıyam, yandıraram, sanma közəm mən.Gördüm səni röyada dünən, söylədim, ey bəxt,Alqış sənə, cananla yenə üzbəüzəm mən.Sənsizliyi az bilmə, gülüm, rəngimə bir bax,Hicrində sənin gör necə solğun bənizəm mən.Təbrizli gözəl! Sanma Süleymanı vəfasız,Qarşında sənin körpə uşaqtək təmizəm mən!
Kitabxana.az · https://kitabxana.az/en/works/suleyman-rustem-denizem-men
Use ← → keys to move, R for a random poem
More by this author
Qorxmuram yağılardan bu qaranlıq diyarda,Könlüm günəşə həsrət bir zirzəmi kimidir.
Cənub dərdimDeyirdim ki, gələr gün dincələr artıq bir az dərdim,Xəbər gəldi Cənubdan, ah, alovlandı bu yaz dərdim!
Dənizə çıxsınArzumdur, ömrümdən keçən hər gecəm,Həmişə günəşli gündüzə çıxsın.
BirdirAraz! Hər yaz çəmən birdir, o sahildə, bu sahildə,Qərənfil, yasəmən birdir, o sahildə, bu sahildə.