Yaxamda xatirə səndən bir incə gül qalacaq,Gözümdəsə əbədi canlı bir şəkil qalacaq.

Buna əminəm, əziz dost, sənin üzün güləcək,Cahanda zülm evininsə yerində kül qalacaq.

Yadellilər köçəcəkdir tamam bu torpaqdan,Bu qəhrəman, bu vəfalı, bu şanlı el qalacaq.

Vətənlə bir nəfəs alsa, yolunda can qoysaO şairin sözü şəksiz yüz il, min il qalacaq.

Sabah gedərsən, əzizim, bunu yəqin bilirəm,Mənə vəfalı bu Təbrizdə min könül qalacaq.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Homeland