Ey gözəl Təbrizimin dilbəri, gəl vəslə yol aç,Sənin hicrində ürəkdən süzülür gözlərə yaş.Sənə əl qaldıranın mən ovaram gözlərini,Qoymaram düz yolum üstündə dayansın qara daş.Səni qurtarmaq üçün təkcə canımdan keçərəm,Mənim hər arzuma dünyada özünsən sirdaş.Bu uzun yolda məşəqqətlərim azdır, deyirəm,Çox bəlalar çəkəcəkdir sənin uğrunda bu baş.Deyirəm, bəlkə, gözüm bir də səni görməyəcək,Mən nahaq etmirəm, ey qız, yaşım artdıqca təlaş.Sakit olsun deyə torpaqların altında könül,Gözəlim, qoy adını qəbrimə yazsın nəqqaş.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Separation