Əlin yandı, dilin yandı
“Məni candan usandırdı,Cəfadan yar usanmazmı?Fələklər yandı ahımdan,Muradım şəmi yanmazmı?”Füzuli
Kim öz dövründə yazmışsa vətəndən, bir də millətdənÜrəklərdə ona heykəl ucaldar xalq, məhəbbətdən.Füzuli! Ey böyük insan, vətəndi, eldi istəklin,Bununçün göz önümdən heç çəkilməz surətin, şəklin.İkinci məskənin, şair, uzaq ellər, İraq oldu.Deməz bir kimsə: “Xalqından gözün, könlün iraq oldu”Azərbaycanlı şairtək uzun illər yanıb oddaVətənsiz olmadın bir an, ömür sürdünsə Bağdadda.Baxıb şair gözünlə, aldın ilham şux gözəllərdən,Gözəllərçün ucaltdın bir gözəl heykəl qəzəllərdən.Ürək dərdin deyildi güllərin, bülbüllərin dərdi,Sənin öz doğma dərdindi o məzlum ellərin dərdi.Nə taxt saydın, nə tac saydın, əyilmək bilmədin, şair,O sərt üzlü zəmanəndə doyunca gülmədin, şair.Sənin şerində ey ustad, bilən varmı nə hikmət var?!Toxunduqca ona, sındı qılınclar, nizələr, oxlar.Öz ömründə bilir ellər, nələr çəkdin, nələr gördün,Saray məclislərində çox qəribə səhnələr gördün.Qələm aldın ələ, heyhat şikayətdən əlin yandı,Vətənçün qoşduğun mahnıyla od tutdu, dilin yandı.Səadət istədin xalqa, onun uğrunda əlləşdin,Özünsə qəmli mahnınla bəla taxtında əyləşdin.Füzuli! Dost ərəblər də səni saxlar müdam yadda,Qılınc çaldı azadlıqçın sənin şerin də Bağdadda.Bu aləmdə vəzifəylə tanınmaz, bəllidir insan,Hanı, tarixdə qalmışmı xəlifə, xan, vəzir, xaqan?!Oyan baş qaldır, ey şair, qara baxtın oyanmışdır,Min əfqan etdiyin yerdə azadlıq şəmi yanmışdır,Əlim çatsaydı, mən burdan səni bərk-bərk qucaqlardım.Yolum düşsəydi, həsrətlə gəlib qəbrində ağlardım.Qanın qaynar qanımdandır, canınsa öz canımdandır,Yenə şerinlə min illər könüllərdə çıraq yandır!Qocalmaq bilmədi, dünyada hər kəlmən cavan qaldı,Min ordu məğlub oldusa, sənin şerin zəfər çaldı.Cavan şairlərin, ustad, göz ol üstündə, dirçəlsinMənim şerimsə izninlə bir az kölgəndə dincəlsin!
Kitabxana.az · https://kitabxana.az/en/works/suleyman-rustem-elin-yandi-dilin-yandi
Use ← → keys to move, R for a random poem
More by this author
Haydı, Rüstəm, çıxalım gəl yarışa,*Çıxalım mövzu üçün axtarışa.*
Öpürəm bir də məhəbbətləFərhad Bədəlbəyliyə*Fərhad, oğlum, nə qəşəng bir peşə seçdin özünə,
Sabahı düşünürəmSabahını düşünürəm millətimin, özümün,Dünənimdən bu günüm xoş, bu günümdən sabahım.
Bağışlar səniYol ayrıcında qalanlara*Özünə elə bir yol seçmisən ki,
Poems by other poets · Homeland
Bu dərdi dağlar götürər, gedək dağlara,Bu ahı dağlar itirər, gedək dağlara…
Bakı vilayətin məskən edibsənBakı vilayətin məskən edibsən,Cəhd elə, elmindən olgunan halı.
OlmağaAy Baba, mən bu sözü yardım əyan olmağa,Bakılılar and içib şiri-jəyan olmağa.
Təbrizin küçələriGecə yuxuma gəldi,Əvvəlkitək gözəldi.