Bağışlar səni
Yol ayrıcında qalanlara
Özünə elə bir yol seçmisən ki,Yalnız vətənsizlər alqışlar səni.Dilini nə atan, nə anan bilir,Yaxşı başa düşür, bayquşlar səni.Batinin dəyişib zahirin kimi,Tanımaz oldular tanışlar səni.Əgər belə getsə inan ki, bir günAtan da, anan da qarğışlar səni.Hər addım başında düşərsən dara,Şaşırdar enişlər, yoxuşlar səni.Əlin kömək üçün bir yana çatmaz,Döyər qarlar səni, yağışlar səni.Yaman məst eləyib görürəm ki, mənÜrəyi ləkəli ağuşlar səni.Sən harda görünsən, şübhə etmirəm,Nifrətlə qarşılar baxışlar səni.Kağızlar üstündə baş sındırırsan,Yormadı eybəcər naxışlar səni?!Cana gətirmədi yazılarındaBu payızlar səni, bu qışlar səni?!Ürəyi böyükdür zəmanəmizin,Bu yoldan qayıtsan bağışlar səni.
Kitabxana.az · https://kitabxana.az/en/works/suleyman-rustem-bagislar-seni
Use ← → keys to move, R for a random poem
More by this author
Bir nankora*Bir güzgüyə bax gör ki, günü ağlı deyilsən,
Eşqin ürəyimin yarasındadırDinlə şairini, təbrizli gözəl,Yenə həsrətinlə alışır sinəm.
Bacım üçünGörüb rəngi solmuş gül yarpağını,Dünən bir kitabın arasında mən.
O taylı gözələMən nələr çəkmədim sənin yolunda,Sənə toxunmasın ürək sözlərim.
Poems by other poets
Aşiqlik peşəsin qıldım,Namusdan, ardan ayrıldım,
Müstəzad: İki salma boylu yarı sevmişəmİki salma boylu yarı sevmişəm,Birisi pəridir, birisi mələk,
GörümBülbül kimi bu gülşənə gəlmişəm,Lalə görüm, sünbül gorüm, gül görüm.
Həvayi-eşq ilə doldur könül kaşanəsin, yarəbHəvayi-eşq ilə doldur könül kaşanəsin, yarəb,Qəmi-eşq ilə təmir et bu qəm viranəsin, yarəb!