Dinlə şairini, təbrizli gözəl,Yenə həsrətinlə alışır sinəm.Tarixi uzundur bu ayrılığın,Əzizdir qəlbimə, doğmadır bu qəm.

Dünyanı versələr etmərəm qəbul,Könlüm vüsalını istəyir ancaq.Səni qul doğmayıb təbrizli anan,Sənindir qan sızan o ana torpaq.

Silkin, qoy dağılsın başının üstdən,Sənə gün verməyən qara buludlar.Torpağın altından boylansın bir-bir,Bahar müjdəçisi çiçəklər, otlar.

Mənə elə gəlir, vüsalın yoluGözümlə gözünün arasındadır.Yox, mümkün deyildir, səni unutmaq,Eşqin ürəyimin yarasındadır!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Separation