O taylı gözələ
Mən nələr çəkmədim sənin yolunda,Sənə toxunmasın ürək sözlərim.Ömür qəfəsindən uçdu quş kimiAylı gecələrim, xoş gündüzlərim.
Çox gəzdik... Nəhayət, günün birindəCənubun, Şimalın dağlıq yerində,Birləşdi Savalan ətəklərində,Ayaq izlərinlə ayaq izlərim!
Açıldı lalətək eşqimin baxtı,Sinəmdən qan deyil, mahnılar axdı.Baxdı bir-birinə, doyunca baxdıQara gözlərinlə ala gözlərim!
Kitabxana.az · https://kitabxana.az/en/works/suleyman-rustem-o-tayli-gozele
Use ← → keys to move, R for a random poem
More by this author
Sürətlə getməsəm də, yenə də yoldayam mən,Yerimdə saysam əgər, mənə nə deyər vətən.
Səni görəndəDoktor Fatma xanıma*Gözəlliyə baş əyirik səni görəndə,
Gəldi də getdiHüseynqulu Sarabskinin xatirəsinə*Səhnəyə, sənətə məcnuncasına
Cəfər, səni andımCəfər, bu səhər mən səni şair kimi andım,Gəl, gəl, dedim, ancaq mənə hay gəlmədi səndən.
Poems by other poets
Yoxdu mən tək sevgidə bir kəs ki püriqrar ola,Sevilə həm də sevə zahirdə leyk biyar ola.
SaldınQanlı fələk, neyləmişdim sənə mən,Axırda məni yüz min bəlaya saldın,
Baş qoyub dərgahına pabusdən etdi mültəməsBaş qoyub dərgahına pabusdən etdi mültəməs,Bən gədayi gör ki, taci-səltənət qıldım həvəs.
AğlaramÇərx fələk məni qıldın divanəAyrı saldın yarı anıb ağlaram