Bax, Arazım, bu vəhşətə, bu dəhşətə şahid olAzadlığa şəhidlərin üzərindən gedir yol.Biz iki qan qardaşının arasından axırsan,Uzun illər bir sağalmaz yarasından axırsan.

Hey axırsan, bizim ulu babaların yaşından,Tarix bilir nə tufanlar gəlib, keçib başından.Sənsən mənim qana dönmüş ürəyimin aynası,Deyirəm ki, külə dönsün bu köləlik dünyasıAl qoynuna dostlarını, ey bağrı qan Arazım,Mənim qanlı göz yaşımdan yaranmısan, Arazım!Od salmaqçın o taydakı cəlladların canınaSinən üstdən yol ver, keçim qardaşımın yanına!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets