İnanma
Ayıq ol, ey könül, ayıq ol,Sayıq ol, ey könül, sayıq ol.
O yenə çıxıbdır qarşına,İnanma gözünün yaşına –Bəlalar gətirib başınaİnanma sözünə, ey könül.Sözünə, özünə, ey könül.
Sən yandın, osa heç yanmadı,İçdiyi andını anmadı.Özünü sənə tay sanmadı.Dönərək sözündən, ey könül,Yox oldu gözündən, ey könül.
Təzədən gəlibdir yanına,Vurulub adına, sanına.Yalvarıb and içir canına,Ayıq ol, ey könül, ayıq ol,Sayıq ol, ey könül, sayıq ol!
Kitabxana.az · https://kitabxana.az/en/works/suleyman-rustem-inanma
Use ← → keys to move, R for a random poem
More by this author
Yaz ayları vəcdə gəlib vətənini dolaşan –O, mənəm!
Sadə bir şairəm mənMəndən soruşursunuz: – De görək bu yaşındaSəbəb nədir yorulmur qələmin iş başında?!
Kaş görəydi bu günləri...Ən müqəddəs məbədiydi vətən Vaqifin,Şair könlü bülbül kimi ötən Vaqifin.
Yaxşı ki varamAzərbaycanımda yaxşı ki, varam,Söz gülüstanımda yaxşı ki varam.