Yaz ayları vəcdə gəlib vətənini dolaşan –O, mənəm!Xəzanbilməz gülzarını, çəmənini dolaşan –O, mənəm!Babaların ocağında çilçıraqlar yandıran –O, mənəm!İş başında od ürəkli bir fəhləni andıran –O, mənəm!Millətini millətlərə qardaş bilən, dost bilən –O, mənəm!Od yurdunu övlad kimi candan sevib, sevilən –O, mənəm!

Göy üzündə qanad çalan nə tərlandır, nə qartal –O, mənəm!Savalanın döşündəki nə nöqtədir, nə xəyal –O, mənəm!Dolayları dolaq kimi ayağına dolayan –O, mənəm!Dağ başında çobanlarla birgə tonqal qalayan –O, mənəm!Dağ yolunda dağ deyildir dumanlara bürünən –O, mənəm!Yağış altda tora düşmüş balıq kimi görünən –O, mənəm!Durnaların qatarından gözlərini çəkməyən –O, mənəm!Şair kimi ömrü boyu bir quş qanı tökməyən –O, mənəm!Gözlərilə gözəllərin gözlərini qoruyan –O, mənəm!Əllərini daraq edib saçlarını darayan –O, mənəm!Bağrı yara Arazıyla gözüyaşlı danışan –O, mənəm!Bir vüsalın həsrətilə haray çəkib alışan –O, mənəm!Süfrəsində duz-çörəyi qardaş, bacı soraqlı –O, mənəm!Şeirləri, mahnıları bahar, lalə bayraqlı –O, mənəm!Təbiətin rənglərini gözlərinə köçürən –O, mənəm!Ey insanlar! Sizinlə bir gözəl günlər keçirən –O, mənəm!Pərvazlanıb ulduzlara, aya, günə yol çəkən –O, mənəm!Millətinin hüzurunda şair kimi baş əyən –O, mənəm!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Homeland