Bir gün yanacaqsan fələyin «qır qazanında»,Heç çıxmayacaq zərrəcə cınqır, qazanında.

Az küfrü olanlar yanacaq cumbulusunda,Xalqın talayan zırramalar, zır qazanında,

İnkir olacaq «pastavoy»un, Minkir odunçun,Minkir salacaq altuva gur-gur qazanında.

Söykəndin ona durdun üzə məhkəmələrdə,İndi kişisən söykən ona, dur qazanında.

Çox hazıra nazirlik edibsən, fəqət indi,Hər şey olacaq nazirə hazır qazanında.

Əvvəl qazanında tikələr, küftələr idi,Qismət sənə qır oldu, o axır qazanında.

Pünhan o behiştin deşiyindən səni izlər,Görsün salacaqsan necə zır-zır qazanında,

10 dekabr 1997. Bakı

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Gedin tullanmağınızın dalınca!

Bizim məmləkətdə bəzi şeylərin pulnan olduğunu bilirdim. Əttövbə, tullanmağın yox. Bunu da bildim. Yatıb yuxuma da girməzdi ki, abituriyentlərinin əksəriyyətini qızlar təşkil edən litseylərdə, məktəblərdə, texnikum və institutlarda bizim müsəlman qızlarına idman dərsini kişi müəllimlər keçə. Dar retuz və ya şortik geyinmiş bir dəstə yeniyetmə qızı, bir kişi qabağına qatıb kross qaçıra, hoppandıra, nə bilim onlara cürbəcür hərəkətlər etməyi öyrədə. Bunu gözümlə görməsəydim inanmazdım.İdman dərsi uzunluğa tullanmaqdan başlandı. Qızlardan kimi 2 metr, kimi 2,5 metr, kimi də 3 metrə qədər tullandı. Müəllim hər üçünə «2» yazdı. Qızlardan birinə yan alıb soruşdum ki, bəs «2» almamaq üçün neçə metr tullanmaq lazımdır. Dedi, 4 metr. Açığını bilmək istəyirsinizsə, ya 4 metr tullanmalısan, ya da bir «şirvan» verməlisən. Metrəsi 2500 manatdır. Şükürlər olsun ki, bizim texnikum ucuzluqdu.Mən elə məktəb tanıyıram ki, orda hündürlüyə tullanmağın metrəsi 5 «məmməd»dir. Müəllim hündürlük taxtasını qoyur 2 metr ölçüsünün üstünə, pulun yoxdursa, taxtanın üstündən tullanırsan, varsa altından keçirsən. Dedim, qızım müəllimizin adı nədir? Dedi, Qeyrət müəllim. Bəli, Qeyrət müəllim bığıburma olmasa da, saçıburma bir kişi idi. Deyirlər insanının adı özünə uyğun olur. Doğrudan da, bu kişiyə baxanda əyninə geydiyi dar «cins»indən onun əsli, nəsli, cinsiyyəti məlum eləyirdi. Qeyrət müəllimin «2» yazdığı qızlar, yaxınlaşıb ona yalvarmağa başladılar ki, ay müəllim, başına dönüm, qadanı alım, bəs semestr yaxınlaşır, amanın bir günüdür bizi «kəsir»li eləmə. Qeyrət müəllim, bir o yana, bir bu yana baxdı, barmaqlarının ucu ilə saçlarını burub, bir ayağını qabağa qoyub, sanki Koroğlu «stoyka»sını aldı və acıqlı-acıqlı dedi:

3 min
Şəhərin «mer»inə halal olsun!

Şəhər həmin şəhər idi... İnsanlar da... Bəs hər yerdə hökm sürən qeyri adiliyin səbəbi nəydi? Anlaya bilmirdim. Bəlkə təbiət dəyişmişdi? Yox, o da öz rəngində, öz adiliyində görünürdü. İnsanların üzündəki, hüzn məni çaşqınlıqda qoymuşdu. Müharibə başlamışdımı? Özgə bir fəlakət baş vermişdimi? Qoşun-qoşun başıma gələn suallar cavabını almadan elə qoşun-qoşun da çıxıb gedirdi.Dağüstü parkdan aşağı enirdim. Bütün şəhər ayaqlarım altındaydı. Gülüstan sarayına yaxınlaşırdım. Deyəsən toy idi. Ətrafda xarici maşınların əlindən tərpənmək mümkün deyildi. Adamların toya gəlməsi onların yalnız gözəl və bahalı geyimlərindən bilinirdi. Üzlərinin ifadəsi isə yasa gələnləri xatırladırdı. Bu qeyri-adiliyə marağım artmağa başladı. Gələnlər intizar içində idi. Deyəsən bəylə-gəlini gözləyirdilər. Nəhayət, vağzalı səsi eşidildi. Və gül-çiçəklə bəzənmiş «Limuzin» markalı maşın saraya yaxın yerdə saxladı. Əvvlcə bəylə-gəlin, sonra sağdış və soldış maşından düşdülər. Onların üzündəki sevinc bircə anda əridi, yox oldu. Mən başımı qaldırıb «Gülüstan» sarayının yanında çox böyük ölçüdə quraşdırılmış reklamı görüncə içim yandı. Və mənə hər şey aydın oldu. Reklamda ağ paltarda, başında «fata» gözəl bir gəlinin gözü qabağında ermənilər bəyin əl-ayağını bağlayaraq, qurbanlıq qoyun kimi başını kəsirdilər. İlahi, bu gördüklərim nə idi? Gerçəkdimi, ilğım idimi, başa düşə bilmədim. Bu reklamı bura kim vurmuşdu, nə səbəbə vurmuşdu?

6 min
İt günündə

Dilimizdə itə bağlı çoxlu ifadələr işlənir. Məsələn «it günündə yaşayırıq» «it yiyəsini tanımır», «it itin aağını basmazh» «itin yadına daş salma», «it aparan olsun» və s. Güzəranımız itin güzəranına yaxınlaşdıqca, bu ifadələr leksikonumuza daha çox daxil olur. Və «it insanın dostudur» deyimi, tədricən «İt Azərbaycan xalqının günüdür»ifadəsinə çevrilir.Bütün bu fikirlər məni «it günündə» rədifli bir şer yazmaq ehtiyacında qoydu. Və yazdım.

6 min
«Cıdır düzü» olmasın Çadır düzü olsun

Əziz iqtidar sahibləri, mülk sahibləri və pul sahibləri! Sizlərə xitab edən «Çadır düzü»nün sakinləridir. Əvvəla, nəzərinizə çatdırmaq istəyirik ki, sihin bizdən xəbəriniz olmasa da, bizim sizdən xəbərimiz var. Uzaqdan uzağa da olsa sizin gün-güzəranınınzı izləyirik. Sevinirik ona görə ki, xalqımızın doxsan faizinin dilənçi kökündə, səfalət içərisində yaşadığı bir zamanda siz özünüzə belə gözəl, firavan həyat qura bilmisiniz. Yəni belə qabiliyyət hər millətdə ələ düşən şey deyil. Deyirəm heyf, «Cıdır düzü»ndə, İsa bulağında yeyib-içib kef elədiyiniz günlər. Amma fikir çəkməyə dəyməz. Bu xoş günləri yada salmaq üçün, biz hamılıqla sizi Çadır düzünə dəvət eləyirik.Əşi, İsa bulağı olmasın, bulanıq su olsun. «Cıdır düzü» olmasın, Çadır düzü olsun, nə fərqi? Heç oraynan-buranın yeməklərində də bir təfavüt görməyəcəksiniz. Məsələn, biz sizə lülə kabab yox, «Lələ» ləqəbli bir sakinimiz fikriləşib tapıb, ona görə adını «Lələ kabab» qoymuşuq. Manqalsız, şişsiz hazırlanan bir şeydir. Döyülmüş otdan, samandan ibarət olur. Basdırma zad lazım olmur. Çünki Allah özü basdırıb. Biz ancaq qoparıb doğrayırıq. «Lələ kabab»dan sonra tikə-tikə olmuş «Ürək kabab» görəcəksiniz. Bu kabab, demək olar ki, hər çadırda olur. Axırda isə çizi «Yara ciyər kababı»na və «Vərəm qovurma»sına qonaq edəcəyik. Yeməkdən sonra sizə konsert göstərəcəyik. Şru proqramdan fərqli olaraq uzun illər lovda olduğumuzdan bizimki «Lou» proqram adlanır.

3 min

Poems by other poets · Homeland