«Cıdır düzü» olmasın Çadır düzü olsun
Əziz iqtidar sahibləri, mülk sahibləri və pul sahibləri! Sizlərə xitab edən «Çadır düzü»nün sakinləridir. Əvvəla, nəzərinizə çatdırmaq istəyirik ki, sihin bizdən xəbəriniz olmasa da, bizim sizdən xəbərimiz var. Uzaqdan uzağa da olsa sizin gün-güzəranınınzı izləyirik. Sevinirik ona görə ki, xalqımızın doxsan faizinin dilənçi kökündə, səfalət içərisində yaşadığı bir zamanda siz özünüzə belə gözəl, firavan həyat qura bilmisiniz. Yəni belə qabiliyyət hər millətdə ələ düşən şey deyil. Deyirəm heyf, «Cıdır düzü»ndə, İsa bulağında yeyib-içib kef elədiyiniz günlər. Amma fikir çəkməyə dəyməz. Bu xoş günləri yada salmaq üçün, biz hamılıqla sizi Çadır düzünə dəvət eləyirik.
Əşi, İsa bulağı olmasın, bulanıq su olsun. «Cıdır düzü» olmasın, Çadır düzü olsun, nə fərqi? Heç oraynan-buranın yeməklərində də bir təfavüt görməyəcəksiniz. Məsələn, biz sizə lülə kabab yox, «Lələ» ləqəbli bir sakinimiz fikriləşib tapıb, ona görə adını «Lələ kabab» qoymuşuq. Manqalsız, şişsiz hazırlanan bir şeydir. Döyülmüş otdan, samandan ibarət olur. Basdırma zad lazım olmur. Çünki Allah özü basdırıb. Biz ancaq qoparıb doğrayırıq. «Lələ kabab»dan sonra tikə-tikə olmuş «Ürək kabab» görəcəksiniz. Bu kabab, demək olar ki, hər çadırda olur. Axırda isə çizi «Yara ciyər kababı»na və «Vərəm qovurma»sına qonaq edəcəyik. Yeməkdən sonra sizə konsert göstərəcəyik. Şru proqramdan fərqli olaraq uzun illər lovda olduğumuzdan bizimki «Lou» proqram adlanır.
Bu «Lou» proqramda qadınlarımızın «Ahu-nalə» ansamblı, kişilərin «Avrv» və kiçik yaşlı uşaqların «Əkil-Bəkil» ansamblları çıxış edəcək.
«Əkil-Vəkil» ansambılının solisti, hər gün sancıdan bar-bar bağıran 7 yaşlı Bağır Sançu sizə porodiyalar oxuyacaq.
Xalq mahnısı «Ölürəm, a ceyran, a ceyran bala».
«Lalələr» mahnısına parodiya.
Yayın ortasında Çadır düzündə,
Sərilib acından düzə körpələr.
Abır, yaxşı şeydir insan üzündə,
Bir gün tüpürəcək sizə körpələr.
Sonra qadınların «Ahu-nalə» ansamblının ən məşhur alanı İtkin Arıq səhnəyə gətiriləcək. O, sizə Baba Pünhanın sözlərinə yazılmış «Ətsiz» romansını ifadə edəcək.
Bir sümük, bir dəridir, indi bu qamət ətsiz,
Çıxmarıq seçkilərə, məncə səlamət ətsiz.
Batıb ordum, əriyib şam kimi şümşad bədənim,
Dağıbıb hər yerimi, köhnə kravət ətsiz.
Kişilərin «Avara» ansamblının sanatçısı Cansız Tırık yenə sizə Baba Pünhanın sözlərinə yazılmış bir mahnı oxuyacaq.
İndi arvad yarayır ölkədə hər barə işə,
Kişilər üçün hələlik yox eləyən çarə işə.
Altı «şirvan»lıq işin qiyməti yüz dollar olub,
Necə girsin öbu didərgin belə dollarə işə?
Bir şey tamam yadımızdan çıxıb. Gərək bağışlayasınız ki, süfrəyə sarımsaqlı, sirkəli «xaş»lar düzə bilməyəcəyik. Onan əvəzinə qızlarımızın «Sirkəli başlar» rəqs ansamblına tamaşa edəəksiniz. Sonda Şair Baba Pünhan çıxış edəcək. O, sizə Mikayıl Müşfiqin «Yenə o bağ olaydı» şerinə nəzirə yazdığı «Qaçqının arzuları» poemasından parçalar oxuyacaq.
Yenə o yağ olaydı,
Yenə o yağlı pendin,
Yenə o isti çörək,
Yenə o isti iəndir.
Yenə o bağ olaydı,
O Qarabağ olaydı...
Və nəhayətdə «Əcəm» hökümdarının (bağışlayın, «Acam») əmri ilə Çadır düzündə Baba Pünhanın dili kəsiləcək.
Sən, ey imkan sahibi, bir paçkə «Şirvan» kəscinən,
Alcinən üç-dörd qoyun, bayramda qurban kəsginən.
Pünhanın dildən savayı, kəsməli yox bir şeyi,
Kəs, o qurbandır sənə, ancaq ucundan kəsginən.
Kitabxana.az · https://kitabxana.az/en/works/punhan-cidir-duzu-olmasin-cadir-duzu-olsun
Use ← → keys to move, R for a random poem
More by this author
Gəlsə, ey dostum, gələr məndən bəla ləçbazlığa,Olmuşam zəvvari – Kəbə Kərbəla ləçbazlığa.
Şirako şaqaet AzerbecanRanşe şirokiy şaqal Azerbecan,Leonid İliç, şyas ne takoy şaqayet.
Nu zaes, poqodi!Gedirik bir təzə dovranə, nu zaes poqodi,İlimiz adladı dovşanə, nu zaes, poqodi!
İdyot medlenno, medlennoAzerbaydjan v novıy vek idyot medlenno, medlenno,Kto imenno ne znayu, vedyot medlenno, medlenno
Poems by other poets · Satire
Çox da Rusiyyədə nəşr oldu ədalət, bizə nə?Qoymuruq biz ki, ona zərrəcə qiymət, bızə nə?
Özünü bəyənənəHey özündən deyirsən hər yerdə,Təpəyə dağ deməklə dağ olmaz.
BizÖvradımız, əzkarımız əfsaneyi-zəndir,Əfsaneyi-zən nuri-dilü ruhi-bədəndir
Zurnaçılar işə başladıZurnasın molla Qəni köklədi saz etdi yenə,Çaldığı nəğməsini dur diraz etdi yenə.