Hey özündən deyirsən hər yerdə,Təpəyə dağ deməklə dağ olmaz.Yediyindən də razısan xeyli,Pendirə yağ deməklə yağ olmaz.Görməyirsən alaq basıb bağını,Kolluğa bağ deməklə bağ olmaz.Dandın artıq, yetər, sözün düzünü,Qaraya ağ deməklə ağ olmaz.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Satire