Gəlsə, ey dostum, gələr məndən bəla ləçbazlığa,Olmuşam zəvvari – Kəbə Kərbəla ləçbazlığa.

Ya ayağın altda qızdırram çala yüksək olum,Ya başın üstündə tikdirrəm qala ləçbazlığa.

Əl tutub məzlumə bildirrəm ki, bilsin mən kiməm,Partlaram qalsam əlidən mən dala ləçbazlığa.

Çoxları həddin aşıb, ya səhf salıbdır ya çaşıb,Əl tutan mən, Allaha eylər dua ləçbazlığa.

Xəstə ikən öz balam, biganə baxdım dərdinə,Eylədim biganəyə mir-bir dəva ləçbazlığa.

Ey İmam Sahib-Zamanı iblis ilə çaş salan,İblisi etməz cida səndən Xuda ləçbazlığa.

Çox-çox Allahsızların çox işləri «yağtək» gedər,Yağdırar Pərvərdigar göydən para ləçbazlığa.

Sinqapurdan qız alıb qonşum ki, yandırsın məni,Mən də oldum tez bir indusnan quda ləçbazlığa.

Ev-filan bir yanə, bir xudmani gur tikdirmişəm,Çəkmişəm mən qarə gurə ağ mala ləçbazlığa.

Pünhanın söz gülləsi tutmuş havanı sərbəsər,Can verir zalım, fəqət udmur hava ləçbazlığa.

2 yanvar 1999. Bakı

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Divine love