Tutub yolun hər insan – öz istiqamətində,Həris dolayı, məzlum – düz istiqamətində.

Həyat dərin bir ümman, qasırğa xofu hər an,Ədaləti mayaq et – üz istiqamətində.

Dilin xətası olmur, nədən çörək yeyəndə?Fəqət xətası çoxdur–söz istiqamətində.

Xuda bilir biləndir, bilir nədir, nədəndir,Odur bəlavü dərdə – döz istiqamətində.

Qırıldı düşdü pərdə, hədəf göründü mərdə,Məqamıdır alov saç – tez istiqamətində.

İtər qarada ağ da, yolun azar klaq da,Batırmasan ulağa – biz istiqamətində.

Baba yoxdu sözün tut, xətasın at, düzün tüt,Çalış onun özün tut, gəz istiqamətində.

14 iyul 1997. Bakı

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets