Kölgəmizdən qorxmuşuq
Natəmizlər içrə biz tək-tük təmizdən qorxmuşuq,Yüz harama bir halal qatmış o düzdən qorxmuşuq.
Biz düzü düz görməməkçün qarə eynək taxmışıq,Çün ağı ağ göstərən parlaq günüzdən qorxmuşuq.
Hər yaranmış bir boyanmış olduğundandır yəqin,Ailə qurmaq gələndə ay bənizdən qorxmuşuq.
Özgələrnin kölgəsin daim qılıncnan vurmuşuq,İntiqam almaq məqamı kölgəmizdən qorxmuşuq.
Zəbt edib sahilləri qovsaq da çox sakinləri,Sahili bir gün yuyan coşqun dənizdən qorxmuşuq.
Qorxu Allahdan yox, Allahsızdan olmuş son zaman,Biz də Allahsız olan qorxunc bir üzdən qorxmuşuq.
Allahın yüz ismi var, bir ismi pünhandır bizə,Hər şeyi aşkar edən, Pünhan, o "yüz"dən qorxmuşuq.
22 iyul, 2001
Kitabxana.az · https://kitabxana.az/en/works/punhan-kolgemizden-qorxmusuq
Use ← → keys to move, R for a random poem
More by this author
Bir gün haqqın surun aldıq sən hacıynan, mən hacı,Haqq gəlincə suru çaldıq sən hacıynan, mən hacı.
Apardı Saranı sellər...Apardı Saranı sellər, bu ellər Sarasız qaldı,Alışdı Xançobani dərdü qəmdən çarəsiz qaldı.
Gürzə ilannan gedirikBu yeni eraya biz bir quru cannan gedirik,Amma ki, zurna-qavalnan, balabannan gedirik..
Bir dənə şirvanı yoxBir uçuq ev görsə kim bir yanı var, bir yanı yox,Pünhanın ünvanıdır bu, özcənin ünvanı yox.
Poems by other poets · Divine love
از چه رو شعر و خط ما را گرفتی سرسری؟
Bir mürəbbi vü müsahib manidə iqrarədirBir mürəbbi vü müsahib manidə iqrarədir,Bu sözə inkar edənlər mürşidə inkarədir.
Haqq sevən ordumuzaYurda mərdlər verənim!Gözün aydın, gözü tarix boyu odlar görənim,
میکند بر دل تجلی مهر رویش هر نفستا که گردد نور ماه دل ز مهرش مقتبس