Bir gün haqqın surun aldıq sən hacıynan, mən hacı,Haqq gəlincə suru çaldıq sən hacıynan, mən hacı.

Haqqa baş əydik ki, haqqın yollarında azmayaq,Hər baş əydikcən ucaldıq sən hacıynan, mən hacı.

Düz deyən düzlərdə qaldı, leyk biz düzlərdə yox,Düz danışdıq düzdə qaldıq sən hacıynan, mən hacı.

Bir həbibin bağçasında bülbül ötdü - ağladıq,Bir qəribi yadə saldıq sən hacıynan, mən hacı.

Həsrəti - Sahib Zaman üzdü Əziznən Pünhanı.Bax bu həsrətnən qocaldıq sən hacıynan, mən hacı.

9 avqust 2001

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Divine love