Nə qədər ki, bizə korrupsiya rəhbər kimidir,Qarabağ söhbəti dəryadakı ləngər kimidir.

Kim deyir bizdə yalanlar yerimir-səhv eləyir.Sürüşür yağ kimi hətta, yolu mərmər kimidir.

Bizdə əsgərdən onunçün pul alırlar ki, deyəkMilli əsgərlərimiz muzdlu bir əsgər kimidir.

Hansı mətbuya baxırsan döşəyirlər İsaya,Döşəməkdəndi yəqin ki, İsa qəmbər kimidir.

Bir sümük bir dərilərçün bu dilim bir tikə ət,Ətə dolmuş irilərçün iti xəncər kimidir.

İki yüz dollara uydu tükü pırpız VahabaAtdı o şiəni ki, saqqalı məxmər kimidir.

Məqsədin nəydi dedim cərraha yardın sinəmi,Əmin oldum dedi, Pünhan sinədəftər kimidir.

4 iyul 2001

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets