Sözümün əksi-sədası qopacaq sinc kimi,O zaman səs qoparar söz ki, tutar pinc kimi.

Kiminin qəddi bu dövrana sual tək əyilib,Kiminin qəddi nidadır, üzü dördkünc kimi.

Sexinin həcmi böyük, nəfsi sexindən də böyük,Çörəyin həcmi kiçikdir, içi də linc kimi.

Bığının tükləri bir yorğanı rahatca görər,Keçirib barmağına «lifçiyi» yelpinc kimi.

Bura zor ilə qovub, burda da mitinqə qovur,Qoymayır xalq eləyə alverini dinc kimi.

İncələr inciməsin qoy bu kobud qafiyədən,İncilər inci düzər, mən deyiləm inci kimi.

Nə gəlir ağlına Pünhan köçürür ağ varağa,Bu qəzəl aləminə gəldi o nadinc kimi.

29 mart 1997. Bakı

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Homeland