Torpağımın həm uzunu, eni mini,Kim-kimi mindi, o çapır mini-mini.

Molla da Quranı edir ixtisar,Fatihəni həm də ki, «Ya Sin»i mini.

Şərt odur ki, birinə biri minə,Dərd odur ki, birinə mini mini.

Atəşi kəsmiş dığalar tankdadır,Bizdəki bəylər, ağalar cini mini.

Ağzımızın şorpası şorr eyləyir,Əndamıyanmış ki, keçir tini mini.

«Cippi» yekə «bibbi» yekə, «şin» yekə,Bircə «Zapı»m yoxdu ola şini mini.

Yaydı xristianlığı bu şəhrdə,Eylədi qəbul hələlik dini mini.

Pünhanın həşdad dedilər yaşına,Saqqalı ağdır, ama ki, sini mini.

22 oktyabr 1977, Bakı

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Homeland