Borc içində
Kasıb da borc içində, kalan da borc içində,Ölən də borc içində, qalan da borc içində.
Xəzinələr həmişə ilanlar altda olmuş,Fəqət, bu səltənətdə, ilan da borc içində.
Atan bibindən istər, anan xalandan istər,Bibin də borc içində, xalan da borc içində.
Nişan da borcnan oldu, toyun da borcnan oldu,Yəqin olar gələn il, balan da borc içində.
Filan klana borclu, klan filana borclu,Filan oğlu, filan da, klan da borc içində.
Acından ölməməküçün, gedin yalana doğru,Bu məmləkətdə doğru, yalan da borc içində.
Vətən acdı, vəkil tox, yemək azdı zibil çox,Zibil pulun verən yox, dalan da borc içində.
Bü torpağa imamın ayağı dəydiyiçün,Bu torpağı satan da, alan da borc içində.
Əgər bu canı, Pünhan, Xuda veribsə borca,Günahı olmayan da, olan da öorc içində.
11 aprel 1999, Bakı
Kitabxana.az · https://kitabxana.az/en/works/punhan-borc-icinde
Use ← → keys to move, R for a random poem
More by this author
İllərlə ömür sürdük, kabuslar arasında,Gah erməni icması, gah ruslar arasında.
Sınacaq çanaq başındaYenə dərd içində Pünhan oturub varaq başında,Döşəyir acı həqiqət sınacaq çanaq başında.
Daş sizə qəmbər bizəQarğıyıb zalım fələk istər sizə, istər bizə,Çox dəyib mitinq zamanı daş sizə, qəmbər bizə.
Kəlmədə məna yükü varNecə dönsün fələyin çərxi ki, dünya yükü var,Necə sönsün bu yanan şəm ki, sevda yükü var.
Poems by other poets · Homeland
Deyibsiz yə’ni gəlləm gəldi bir belə xəbər, Vaqif,Xilaf idi bu sözlər bəs, peşimanmı məgər Vaqif?
Gəncənin qırğınıEy qazilər, gəldi qəzadan bəla,Bir olmaz müsibət dövran eylədi,
GəldimYurdum un ördəyi, qazları vardır,Ətrindən doyulmaz yazları vardır.
Bağdaş qurub otursa nigarım, fəğan qoparBağdaş qurub otursa nigarım, fəğan qopar,Dursa-otursa, fitnəyi-axirzaman qopar!