Nəğmə

Göylər təmiz, yollar açıqƏtrafınız su,Qolunuza qüvvət verirXalqın arzusu.Əziz neftçilər,Sizdədir hünər!

Sular üstə qurduğunuzHər kiçik ada,Görün necə əzəmətliDurur dəryada.Əziz neftçilər,Sizdədir hünər!

Mən sizinçün oxuyuramBu şən nəğməni.Qoy eşitsin dənizdəkiDostlarım məni:Əziz neftçilər,Sizdədir hünər!

Baxın, Bakı salamlayırAna tək sizi,Gözəlləşir eşitdikcəZəfərinizi.Əziz neftçilər,Sizdədir hünər!

Yurdum, elim ilham alırQələbənizdən,Qəhrəmanlar od aldıqcaSudan, dənizdən.Əziz neftçilər,Sizdədir hünər!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Homeland