Mən artıq nə yazım yurduma dair,Düşmən zəhər saçır, dostlar gizlənir.Bilməm öz yurdunu sevən bir şairNə üçün bir cani kimi izlənir?

Gizli yol kəsmədim, qaçaq olmadım,Sakit bir həyatı pozmadım mən ki,Heç kimə qanlı bir bıçaq olmadım,Heç bir qətlə fərman yazmadım mən ki...

Bəs neçin qəribəm bu doğma eldə,Məhbəsmi dörd yanım, mən ki boğuldum...Məlun bir zamanda, məhkum bir ildəAllahım, mən neçin şair doğuldum?..

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Homeland