Ay dost!
Məni qınayırsan, deyirsən yetərGecəni gündüzə qatdığın sənin.Hərdən küsmüş kimi evdən, eşikdən,Xəyal dəryasına batdığın sənin.
Gözlərim çox görüb qaranı, ağı,Demirəm qoymuşam dağ üstə dağı.Gəncliyi – o gözəl, o şirin çağı,Bir an da unutmaq olmayır, ay dost!
Təbiət təb verib, mənə yaz! – deyib,Şairsən, yazmasan yaramaz! – deyib.Sinən söz dəryası, könlün saz – deyib,Götürüb çalmamaq olmayır, ay dost!
Kitabxana.az · https://kitabxana.az/en/works/zeynal-cabbarzade-ay-dost
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets
MİRZƏ RƏHİM FƏNAMirzə Rəhim Fəna (1841-1929) Azərbaycanın tanınmış şairi və ictimai xadimlərindən biridir. Xan qızı adı ilə məşhur olan Xurşidbanu Natəvanın yanında xidmət etmişdir. 1864-cü ildə Mirzə Rəhim Fənanın təşəbbüsü ilə Şuşada "Məclisi-üns" ədəbi məclisi yaradılmışdır. Sonralar da o, məclisin rəhbərlərindən biri olmuşdur. "Məclisi-üns" haqqında dəyərli xatirələri ikicildlik "Azərbaycan ədəbiyyatı" əsərində əlavə şəklində çap edilmişdir. Şeirlərindən nümunələr inqilabdan əvvəlki dövri mətbuatda: "Təzkireyinəvvab", "Riyazül aşiqeyn" əsərlərində çap olunmuşdur. Tarixə və ədəbiyyata geniş marağı olan Mirzə Rəhim Fənanın "Tarixi-cədidi Qarabağ" əsərindən yalnız bəzi fraqmentlər mühafizə edilmişdir ki, oxuculara təqdim olunur. Əsərin ərəb əlifbasından transliteriyasını Arif Ramazanov etmişdir.
Rəhmət pir ustada, körpü tikənəthumb|Sayat Novanın "Rəhmət pir ustada körpü tikənə" şeiriRəhmət pir ustada, körpü tikənə.
Bu qızınBir xəlvətdə fürsət bulub tutasanTər xınalı nazik əlin bu qızın
Gəraylı: Könül, gəl sevmə xublarıKönül, gəl sevmə xublarıƏzəlcə bay edər səni