Ceyran dara düşdü,Təntidi birdən.Ürəyi vurduGözü alacalandı.Uçurumun qırağındaDayandı.Solu dərə,Sağı dağ...Ovçu nişan aldıÜrəyi şad,Damağı çağ.Tax, tarax...Ceyran yıxıldı, qalxdı,Bir də yıxıldıQıvrıla-qıvrılaCan çəkə-çəkəDöşündə qırmızı,Yelinində ağ ləkə,Biri südü, biri qanı,Düzlər yas saxladıDağlar dilə gəldi,Danladı insanı.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets