Səni ey mülki-vətən, istəyirəm yadə satım,Neçə milyardı olan bir gözəl arvadə satım.

Ataatdır, satasatdır, batabatdır, batırıq,Batırınca satırıq, yet bizə imdada satım.

Kazinodan çıxarım mamlı-matan Leylimizi,Başına tac qoyum, xaricə şahzadə satım.

Ey Koroğlu, o bığından mənə bir çəngə yetir,Onu bıqsız kişiyə, bir tükün həştadə satım.

Şirini istəsə Fərhad, ona dəllallıq edim,Onu Xosrovdan alım, pul ilə Fərhadə satım.

Adam öldürməyə könlün var isə, alma naqanGəl ucuzvari sənə, zəhr ilə badə satım.

«Ay alan məmləkəti – Rey satıram» sözləriniMən yüz ildən sora, qoy bir də salım yadə, satım.

Deyirəm yaxşı ki, bu cism ilə can ayrı imiş,Canı Allaha verim, cismi bu dünyadə satım.

Mənim ustadımı kim tapsa, yan alsın yanıma,Bəlkə bir yaxşı pula, Pünhanı ustadə satım.

13 iyul 1997. Bakı

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets