Sahil qara gündə
Ay örtdü günü, qaldı günüm bil, qara gündəGün qarə olan ildə olar il qara gündə.
Ekranımızın qülləsi şeytan zolağında,Mədhiyyə yayan halqalı məftil qara gündə.
Məmur özü «Cip»də, gözü cibdə dolananda,Əlbətdə olar xəstə, əlil, şil qara gündə.
Onlarla sənətkar sənətin atdı acından,Tərk etmə qaboy çalmağı, Kamil, qara gündə.
Bir dövr var idi dili həm dilçəyi vardı,Dil çəkdiyi gündən qısalıb dil, qara gündə.
Allah mənə rəhm eylədi qəflətdən ayıldım,Məndən sora qaldı neçə qafil qara gündə.
Mail qara günlərdə elin həmdəmi idi,Öldü, bizi qoydu Hacı Mail qara gündə.
Dəryada külək qopmasa, ta coşmasa dərya,Pünhan, qalacaq daima sahil qara gündə.
10 sentyabr 1999
Kitabxana.az · https://kitabxana.az/en/works/punhan-sahil-qara-gunde
Use ← → keys to move, R for a random poem
More by this author
Qatmısan sən gənə də malı-mala – no...olub ala?Qazıyırsan ayağım altda çala – no...olub ala?
Mərmər sinə göstərKimsən, nəçisən aç onu mindən minə göstər,Onsuz ona, sənsiz sənə mənsiz mənə göstər.
Badımcan olduğundandırÜzün daim gülür, bu xoş güzəran olduğundandır,Cibində paçkələrnən yəni şirvan olduğundandır.
İblisə «sud» etməliyəmTa canım cismdə var həqqə qunut etməliyəm,Bu yalan ölkədə mən həqqi sübut etməliyəm.
Poems by other poets
Ta əvc döndü bülbüli-dastansəra səsiGahı gəlir qulağıma bir aşina səsi
Könül, qanın gözümdən navəki-qəmzən rəvan eylərKönül, qanın gözümdən navəki-qəmzən rəvan eylər,Məsəldir mərdüm içrə: “Məst olan, əlbəttə, qan eylər”.
Qayıt indiSərsəri pərişlüm, qıyqac baxışlumMən sənə nə dedim, qız, qayıt indi
DağlarınAdəmdən cavandı, Nurdan qocadı,Bir sirdi, bilinməz yaşı dağların.