Badımcan olduğundandır
Üzün daim gülür, bu xoş güzəran olduğundandır,Cibində paçkələrnən yəni şirvan olduğundandır.
Ölür qonşun acından, sən imarət tikdirirsən hey,Belə hündür bina tikmək qudurğan olduğundandır.
Qudurmaq köhnə adətbir bizim millətdə neyçünsə,Belə hündür bina tikmək qudurğan olduğundandır.
Qudurmaq köhnə adətdir bizim millətdə neyçünsə,Qudurğan olmağı məncə müsəlman olduğundandır.
«Semaşko»da ayaq kəsmək, ilahi əlli şirvandır,Ayaq qoymaq deyil mümkün ki, milyan olduğundandır.
Mənə tən etmə, ey dostum, belə rəngi qarayam mən,Qaralıq süfrədə hər gün badımcan olduğundandır
Acından ölsə də millət susur, dinmir, dözür yazıq,Dözümlər qəlbdə xox ilə xortdan olduğundandır.
Əgər şerim zəif olsa mənə tən etməsin dostlar,Zəiflik xəstə Pünhanın yarımcan oduğundandır.
27 avqust 1996. Bakı
Kitabxana.az · https://kitabxana.az/en/works/punhan-badimcan-oldugundandir
Use ← → keys to move, R for a random poem
More by this author
Son zamanlar qəzetlər elə şeylər yazırlar ki, adamın heç inanmağı gəlmir. Biri deyir, iqtidarda elə adamlar var ki, müxalifətə "işləyir". O biri deyir, müxalifətdə elələri var ki, iqtidara "işləyir". Bu yaxınlarda isə qəttəzə bir şey oxumuşam. Yazır guya iqtidarda elə adamlar var ki, xalqa işləyir. Elə o gündən bütün məmurlar bir-birinə dəyib həmən adamları axtarırlar...
AğciyərlərVallah, bu millətin belə qorxaq olduğunu bilmirdim. Əşi, işıqçıdan qorxurlar, qazçıdan qorxurlar, zibil pulu yığandan qorxurlar... Deyirəm, Allah eləməsin, erməni gəlsə neynərlər?
Dialoq nədir– Deyirlər, iqtidarla müxalifət dialoqa gedəcək. Məni bir başa sal görüm, dialoq nə deməkdi?– Dialoq o deməkdi ki, o deyir-bu deyir, o deyir-bu deyir... və axırda "o" deyir.
Doyan bu rəhmətlik kimi olarNeçə ildir ki, yan-yörəmi tikirlər. Uzununa tikirlər, danışmıram. Eninə tikirlər, danışmıram. hündürlüyə qaldırırlar, danışmıram. Suyumdan su, qazımdan qaz, işığımdan işıq çəkirlər danışmıram. Görürlər ki, danışmıram, deyirlər, qonşu bəlkə bir-iki metr yer verəsən özümçün maşın yolu düzəldim. Üzünə baxıb, susuram. Yenə danışmıram. Mənim susmağım daim dərdli olduğumdandır. Mənim dərdim, Qarabağın olmadığındandır, gəlin-qızlarımızın ermənidə əsir olduğundandır. Amma gecə-gündüz yorulmadan tikən, genişləndirən, bağ salan bu adamlarda bu qədər həvəs, fərəh hardandır bilmirəm. Bu yaxınlarda ev tikən yerdə bir qonşumun başına beton düşüb, öldü. Təbii ki, mən də yasa getmişdim. Ölü qalmışdı bir yanda, qonşular yer üstdə böyük mübahisəyə çıxmışdılar. Biri o birinin evinin üstündə ev tikmək istəyirdi, bu qoymurdu. O biri onun altında nə isə tikmək istəyirdi o qoymurdu. Mən də hamının üzünə baxa-baxa dinləyirdim. Amma danışmırdım.Söhbətin bir yerində dözə bilməyib qonşularımdan birinə dedim: "Ay qonşu, bu qədər ki, tikirsən doymursan bəyəm?". O mənə belə dedi: "Günlərin bir günü iki mollanı birlikdə qonşu kəndə yas yerinə çağırırlar. Onlar yası yola verib qurtarana yaxın başqa bir yas yeri də çıxır. Faytona minib ora gedirlər. Orda da xəbər gəlir ki, o biri kənddə Quran taşpırmaq lazımdır. Yeməkdən gücnən tərpənən mollalar bu yeri də əldən vermirlər, gedirlər. Və, nəhayət, gecədən xeyli keçmiş faytonla öz kəndlərinə qayıdırlar. Faytonçu mollaların fısıltısına qulaq asa-asa xırda-xırda faytonu sürür.
Poems by other poets · Homeland
می دهی و می نوشی رازدار ما باشی
Amma, millət a!Moldayı, gördün nə iqdam etdi?! Amma, millət a!....Az zamanda nə sərəncam etdi?! Amma, millət a!....
ŞükürlüyükTorpaq milyon illər yaşayar, susar,üstündə hər nə var qoynuna gedər.
Musa CəliləO gün ki, üstünü cəlladlar aldı,Günahsız töküldü müqəddəs qanın.