Kimsən, nəçisən aç onu mindən minə göstər,Onsuz ona, sənsiz sənə mənsiz mənə göstər.

Xəlqin pulunu çinnəkinən «çin evi» tikdir,Çin səddi də çəkdir ona «çin»dən Çinə göstər.

Əl-qol itirən qəlbi yara qəhrəman üçün,Ekranda çıxıb fors ilə mərmər sinə göstər.

Şeytan unudan bəd əmələ sən əməl eylə,Şeytana papış tik, onu cüttə çinə göstər.

Hər şeydən əzəl insana öz cismi əzəldir,Tək səhnədə yox, gəz onu tindən-tinə göstər.

Yandıqca papaqlar günə gün yandı qaraldı,Getdikcə qurum çökdü tamam ağ günə göstər.

Gündəyməzə yandır deyə buddan yeməz idik,Qaqıldasa buddan kasıb indi hinə göstər.

Pünhan, təzədən bir oyun açsa bizə «yan»lar,Əcdadı obezyanı gedib Darvinə göstər.

3 yanvar 2000. Bakı

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets