Ta əvc döndü bülbüli-dastansəra səsiGahı gəlir qulağıma bir aşina səsi

Naləm könüllər açdı və könlüm açılmadıNey uqdəsin kim açar öz dilküşa səsi

Etdi məni dilik dilik ol qəmzə bixəbərÇıxmaz gələn zamanda xədəngi-qəza səsi

Hər kimsə təbli-köçün eşitməz sən ki gülVarı qulaqdır ona yetməz səba səsi

Ləvsi-qərəzdən arınmış ilə nalə kimTəsir edər bu qapıda bimi-dua səsi

Bir dərd mənə ki kölgəsi başımdan aşmasınOl navəkin qıjıltısı bali-huma səsi

Rəhzən bu yolda Xızr libasında ün verirQövsi nəcə təmiz bulur rəhnüma səsi

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Nature and spring