Zaman saatdır əqrəbi məqami-çəngi göstərir,Cihada hazır ol sənə həyat fişəngi göstərir.

Gəlib şəhid məzarına onu şəhid edən özü,Salıb xəyanətin yada, qoyub çələngi göstərir.

Görüb bu haqq şerimi ağız əyib, dodaq büzür,Qəzetdə altı səhvəlik mənə cəfəngi göstərir.

Bizim bu milli məclisin işi qalıbdır Allaha,Özü ləvəngi nuş edir, bizə həvəngi göstərir.

Üzün gözəl, için qara sənin kifirliyindi bu,Könül açıqlığı kifir üzü qəşəngi göstərir.

Yalan deyən kəsin əgər yanında yoxsa şahidi,Yalançının yalanını üzündə rəngi göstərir.

Atası guya ki, hacı, anası guya kəbleyi,Qoyub bayırda əndamın özün firəngi göstərir.

Kasıb adam nəhəng ola cılız misallı görsənər,Cibində pul olan kəsi, bu pul nəhəngi göstərir.

Dedim ki, bağda Pünhanın evin nişan verin mənə,O da, itin günündə bir külahfirəngi göstərir.

17 avqust 1997. Bakı

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets