Gündüzlər də, gecələr də mənimlədir günəşim,Dar günümdə cəbhələrdə mənimlədir günəşim.

Mənim üçün şerimdəki dostluq sözü günəşdir,Torpağından yarandığım vətən özü günəşdir.Xoşbəxtəm ki, tükənməyən bu sərvətdir günəşim,Həqiqətdir, məhəbbətdir, səadətdir günəşim.

Şerim, nəğməm, məhəbbətim ondan alır odunu,İlk addımdan söz sənətim ondan alır odunu,Ləkə bilməz həqiqətim ondan alır odunu.Zirvələrə gedən yolda dayağımdır günəşim,Başım üstdə dalğalanan bayrağımdır günəşim!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Divine love