Məni zirvələrə pərvazlandıranBaharı xəzansız səadətimdir.Mənə döyüşlərdə zəfər çaldıranEldən dərs aldığım cəsarətimdir.

Mənə dinclik sözü yaddır həyatda,Özünü düşünsən qalmazsan yadda.

Tükənməz sərvətim bu kainatda.Vətənə, millətə sədaqətimdir.

Bəşərə xidmətçin yaranmışam mən,Onun düşməninə düşmənəm, düşmən.Ağzıgöyçəklərin – bilir el, vətənBaşlarına bəla xasiyyətimdir.

Əbədi, günəşli düz yolu seçmək,Dostluq bulağından birgə su içmək,Bir amal uğrunda canından keçməkBütün nəsillərə vəsiyyətimdir.

Süleyman Rüstəməm, ürəyi təmiz,Açıq süfrəsində çörəyi təmiz.Vicdanı, arzusu, diləyi təmiz,Bu yolda bayrağım məhəbbətimdir!

17 iyul 1985

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Homeland