Özümdən tez ilhamım qocalsa, ağlaram mən,Könlüm xoş arzulardan boşalsa, ağlaram mənDüz yol seçdi gəncliyim,Oddan keçdi gəncliyim,Şerə köçdü gəncliyim,Şeirlərimin saçı ağarsa, ağlaram mən,Baharına yağış, qar yağarsa, ağlaram mən.

Dar gündə ağlamadım,Sinələr dağlamadım,Qaralar bağlamadım,Əlimdə bir gün qələm ağlarsa, ağlaram mən,Könüllərə yolumu bağlarsa, ağlaram mən.

Puçdur vüqarsız həyat,Zəhmətsiz, barsız həyat.Heçdir baharsız həyat.Nəğmələr baharımı itirsəm ağlaram mən,İlham adlı varımı itirsəm ağlaram mən!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Nature and spring