Yaroslav Smelyakova məktub
Yaroslav, danışan Bakıdır, Bakı,Ürəyi alışan Bakıdır, Bakı.Günəş gözlərini ovuşduraraq,Yenə Xəzər üstdən boylanır səhər.Ən qədim dostumuz günəşdən qabaq.Şirin yuxusundan oyanır şəhər.Qışda da kəsilmir bulvardan ayaq.Sahildə gəzişən gözəllərə bax.Köçür karvan-karvan şəhərimizə,Dirijor geyimli şimal quşları.Axşam ağaclarda verir səs-səsə,Mahnısı sevimli şimal quşları.Qonaqsız olmayan bizim diyardaHavalar xoş keçir, mülayim keçir.Bəlkə bağındakı sığırçınlar daQoşulub quşlara bağıma köçür.Söyüdlər saçını yolmayıb hələ,Bakıda bahardır payızda belə.Yaroslav! Bilirəm, sən Moskvada,İlin bu çağında harda gəzirsən.Odlu ürəyinlə soyuq havada
Yağışda gəzirsən, qarda gəzirsən.Mənə qonaq gəlsən, səninçün yenəBağımdan çiçəklər, güllər dərərəm.Qışın acığına, bağbantək sənəQərənfil verərəm, nərgiz verərəm.Bahar sarayının qızıl açarı,Şair əlimdədir, bilirsən bunu.Vecimə almayıb yağışı, qarı,Könlüm istəyəndə açıram onu.Baxıb məhəbbətlə dost ellərə mən,Bahar paylayıram könüllərə mən.Bilirəm min işə qarışıb başın,Odur ki, bakılı şair qardaşın,Səni məhəbbətlə salıb yadına,Bu kiçik məktubda əziz adınaNə yağış göndərir, nə qar göndərir,Gücü çatdığı dan bahar göndərir!
Kitabxana.az · https://kitabxana.az/en/works/suleyman-rustem-yaroslav-smelyakova-mektub
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets · Nature and spring
Görə bilməm arizini,Tutubdur sər-basər zülfün,
Qəzəl: Bəh, baharın yenə gəldi yelin həmhəməsiBəh, baharın yenə gəldi yelin həmhəməsiQış keçib getdi o qar və külək və dəmdəməsi
Tiflisin TərifiMəcmu hər vilayətdən ağırdı dağı TiflisinBahar çağı cənnətə oxşuyur bağı Tiflisin
Meşəli sahillərNabran lövhələrindən*Mən Xəzərdən ayrılmıram,