Nabran lövhələrindən

Mən Xəzərdən ayrılmıram,Xəzər mavi üfüqümdür.Pıçıldaşan ləpələrəYenə heyran kəsilmişəmNeçə gündür...Mən XəzərdəTunc qayalı sahilləri,Ağ qumsallı sahilləri,Dalğaları,GecəyarıKöhlən yallı sahilləriÇox görmüşəm!Mən burada gözəllərəFiruzəyi ləpələrdən,Sular üstə düşən zərdənTac hörmüşəm......Abşerondan yol gedirəm,Xudat boyu Xəzər... Xəzər...Nabranın sahiliniƏfsanəvi meşə bəzər.Palıdlar,cökələr,şamlarBurda gündüzlər, axşamlar...Yüz illərdir bu guşələr,Könül açan sıx meşələr,Ləpədöyən sahillərəbudaqlardan çətir tutur.Dolaşıram,aram-aram.nəfəsimiRayihəli ətir tutur.Ləpələrin pıçıltısı,

Yarpaqların xışıltısıhəmahəngdir.Deyin, necə coşmayım mən,Gözəlliyi duya-duya?Gözü qaynar çeşmələrdənDoldurduğum şirin suyaDalğalardan damla düşür.Ləpə duzlu dodağilə,Bulaq buzlu dodağiləBu sahildə bir öpüşür...Durub dənizə baxıram;Üfüqəcan sudur, sudur...Dönüb meşəyə baxıramTimsah kimi məni udur.Nə gözəlsən, mavi dəniz!Nə doğmasan, ana torpaq!Sahildəki zinətə bax,Dənizdəki nemətə bax!İki gözəl bir durandadünya ona həsəd çəkir.Heç kim nadir gözəlliyənə kəm baxır, nə sədd çəkir....Axşam düşür,ağ çadırlarGöbələktək ağarırlar...Cəlb eləyir hər bir kəsi,Gecələrin zülmətiniBir ov kimi yora-yora;

Mingəçevir qərq eləyirMeşələri qızıl nura.Bura mahir bir loğmandır.məlhəm burda, dava burda!Bura dərdlərə dərmandır .şəfa burda, hava burda.İstər yaşıl meşəyə qalx,istər qumlu sahilə düş,Təbiətin rəssam əliinsan üçün nə çəkməmiş?.....Ala-toran, sübh açılır,balıqçılar dənizdədir.Anlar ötür,tor çəkilir,şüy balıqlar lap üzdədir...Büllur çeşmə, çarpaz budaq,Ağ qağayı, qırçın ləpəyanımızda nəğmə desinTəbiəti öpə-öpə...Bu meşəli sahillərdəcərgələnir ağ binalar,Hər kim çimsə, başı üstəgöy budaqlar çətir tutur...Neftçi qardaş!sən il boyu yorulmusan,dincini al!Bəstəkar dost!Bu yolların himnini çal!Rəssam bacım!qoy fırçandacilvələnsin mavi sular.Bu meşəli sahillərdəbir gözəllik timsalı var.

Günəşi çək!Şimşəyi çək!Yağışı çək, dolunu çək!Nabranın əyrim-üyrümkələ-kötür yolunu çək!Deyirlər ki, tovuz quşuayağından xəcil çəkər.Çək! Çəkməsən,bu yollarındüzəlməsi yüz il çəkər!..

Ey istidən təntik olanQoca,cavan,qarı,gəlin!Azərbaycan gözəlininsahilinə seyrə gəlin!.....Bu yerlərdə dincəlirəm,neçə vaxtdır, neçə gündür.Mən Xəzərdən ayrılmıram,Çünki Xəzərmənim aydın,mənim mavi üfüqümdür.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Nature and spring