Havada sazaq var, havada şaxta,Mənsə düşünürəm ilk bahar haqda.Anamın qoyduğu bir göy səməni,Bahardan yazmağa çağırır məni.

Baxıram, baxıram göy səməniyə,Dönür nəzərimdə yaşıl zəmiyə....Odur, dan sökülür, nur səpələnir,Gözümdə zəmidir, hey ləpələnir...

Sevgilim toplayır əlvan gül-çiçək,Çiçəkdən-çiçəyə qonur kəpənək.Gülür kol dibindən bənövşə, nərgiz,Baharla qol-qola yeriyirik biz.

Deyirəm, bizimlə gül, gəz, baharım!Baxıb xumarlanır gülgəz baharım...Bu vaxt sərt küləyin boz qanadlarıGeniş pəncərəmə sovurur qarı –Duyuram, xəyalmış aparan məni,Qarşımda bir kağız, bir göy səməni...

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Nature and spring