Yenə könlüm quşu xəyala dalıbBaşımın üstünü dumanlar alıb.Yarı yolda Araz kəsib yolumu,Məni min dərdə, min bəlayə salıb.Sevgilimdən uzaq düşüb könlüm,Bilsin aləm, qanım yaman qaralıb.Gecələr yatmıram sabaha qədər

Məni əqrəbmi, ya ilanmı çalıb!Qan çəkib yol çəkən gözüm, heyhat,Uzun illər ötüb, yaşım çoxalıb.Xeyli var ki, vüsal küsüb məndən,Mənə bir ayrılıq vəfalı qalıb.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love