Süleymanlı yollara
Çoxdandır bələdəm mən o tufanlı yollara,O dil bilməz yollara, o hicranlı yollara.
Eşqimin dörd fəslində, ömrümün dörd fəslindəHaray çəkib çıxmışam Savalanlı yollara.
Gəzmişəm sorağında vəfalı dilbərimin,Söyləmişəm arzumu həyəcanlı yollara.
Bir vüsal nəğməsini oxumuşam hər səhərYükü ayrılıq, kədər, qəm karvanlı yollara.
Demişəm tapmayınca gözəllər gözəlimi,Yadlar ayaq basmasın Süleymanlı yollara.
Kitabxana.az · https://kitabxana.az/en/works/suleyman-rustem-suleymanli-yollara
Use ← → keys to move, R for a random poem
More by this author
Canan üzümə bir kərə gülsəydi, nə dərdim,Mən tək o da bir qədrimi bilsəydi, nə dərdim.
Gəlin gəlsinGün batdı, külək yatdı,Tox bir quzu tək yatdı.
Bir dədə axtarıramEldən gizli deyil bu, yetim böyümüşəm mən,Məşq edirəm qələmlə kağızlar üstdə hərdən.
Əcaib əsərƏsər var ki, bilmirsən nə ad verəsən ona,Oxumaq mümkün deyil, min yol varaqlasan da.
Poems by other poets · Love
Ey əzizim, bu qədər raği-həmam olma,Mərdümi-qafil, tənpərvər və əyyam olma.
Bənzəyir cənnətə yazi-növbaharBənzəyir cənnətə yazi-növbaharXassə ba ruyi xoşi gülizar.
Qal indiAyrı düşdüm vətənimdən, elimdən,Başı çənli, qarlı dağlar, qal indi!
Candan keçmişux!Dilbəra! Mümkün deyil gülşəndə gül bixar ola,Bülbül aşiqdir, gərək eşq əhlinə azar ola!