Canan üzümə bir kərə gülsəydi, nə dərdim,Mən tək o da bir qədrimi bilsəydi, nə dərdim.Tutsaydı baharın gül əlindən, ətəyindən,Sevda bağımın seyrinə gəlsəydi, nə dərdim.Aydın seçə bilsin deyə hər yaxşını pisdənQəlbində olan güzgünü silsəydi, nə dərdim.Birlikdə bu gülşəndə bizim əllərimizləİlhamla qızılgüllər əkilsəydi, nə dərdim.Olsaydı Süleyman kimi öz eşqinə sadiq,Hər gün adımız birgə çəkilsəydi, nə dərdim!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love