Gülşənim
Etsə cövlan min xəzan – qarşımda, solmaz gülşənim,Sevgi dəryasında tufan qopsa, batmaz yelkənim.Kim ki, vicdan alverindən doymayıb bilsin ki, oDüşmənimdir, düşmənimdir, düşmənimdir, düşmənim.Görməyib, görməz məhəbbətsiz bu dost ellər məni,Qəlbimin saf, al qanıyla yoğrulub eşqim mənim.Xalqıma böhtan atan qansızlara, satqınlaraTa uşaqlıq illərimdən mən kəsildim bir qənim.Mən Süleyman Rüstəməm, məşəl təkindir hər sözümÇünki odlar yurdudur ilk məskənim, son məskənim!
Kitabxana.az · https://kitabxana.az/en/works/suleyman-rustem-gulsenim
Use ← → keys to move, R for a random poem
More by this author
Meşədə quşlar artıq oxumur kef-damaqlı,Günəş üstdə bulud var göz üstündə qaş kimi.
Yerini verə bilməzMən əlləri qabarlı bağbanam vətənimdə,Bağçamın güllərini yad əllər dərə bilməz.
Məktuba cavabElin ağsaqqalıdır, şairimiz etsə qəbul.*Şerimi töhfə kimi sadə o insana verin.*
MüəllimMüəllimlik müqəddəs bir sənətdir həyatda,Müəllimin hər sözü həqiqətdir həyatda.
Poems by other poets · Love
Gözəl qiyafəli, Leyli kamallı,Sənsən gözəllərin şahı, Mədinə.
Bizdə də var, sizdə də varBir qaç ərbabi-həya sizdə də var, bizdə de var.Hədəfi-tiri-qəza sizdə də var, bizdə də var.
TəcnisQəni Mövlam, budur səndən diləkim,Gələ bir gün bu diyarə sevdiyim,
BuEy mənim canım alan, səndə nə adətdir bu?Göstərir şərhi-qaşın hər dəm, əlamətdir bu,